Donbas bağlantısı iddiası: Polşada saxlanılan şəxs hansı iş üzrə araşdırılır?
Polşada saxlanılan Rusiya vətəndaşının bloqer və reper Kiyevsjonerə sui-qəsd cəhdində şübhəli bilinə biləcəyi iddia edilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ˝RMF FM˝ radiostansiyası məlumat yayıb.
Nəşrin məlumatına görə, saxlanılan şəxs Donbasdan olan şəxsdir. Lakin bu məlumatlar Polşa hakimiyyəti tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
19:38 14.08.2026
Oxunuş sayı: 41