Ukrayna XİN Putinin Kuril adalarına səfərini pislədi
Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına daxil olan İturup adasına səfərini pisləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna XİN Putinin səfərini gərginliyi artırmaq və Moskvanın ada üzərində nəzarətini legitimləşdirmək cəhdi kimi qiymətləndirib.
Kiyev, həmçinin Yaponiya ilə həmrəyliyini ifadə edib və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı iqtisadi və diplomatik təzyiqləri gücləndirməyə çağırıb.
20:10 13.08.2026
Oxunuş sayı: 51