Türkiyədən kosmosa: Milli kosmik aparat üçün tarix açıqlanıb
Türkiyə öz Ay missiyasını həyata keçirməyə hazırlaşır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır məlumat verib.
Ölkənin hibrid raket mühərriki ilə təchiz edilmiş Ay aparatı 2027-ci ilin ilk aylarında kosmosa buraxılacaq.
Nazirin sözlərinə görə, buraxılış qrafiki artıq təsdiqlənib və aparatın bütün sınaqları uğurla başa çatdırılıb.
Kacır bildirib ki, bu layihə Türkiyənin kosmik texnologiyalar sahəsində imkanlarını artırmaq və Ay tədqiqatlarında iştirakını təmin etmək məqsədi daşıyır.
18:54 13.08.2026
Oxunuş sayı: 45