KİV: Fyodorov hələlik siyasi layihə yaratmağı planlaşdırmır
Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorovun yaxın çevrəsi onun öz siyasi layihəsini yaratmağı planlaşdırmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Məlumata görə, Fyodorovun gələcək qərarı cəbhədəki vəziyyət, ölkədaxili etirazlar və ona və ya komandasına mümkün təzyiqlərdən asılı olacaq.
Qeyd olunur ki, sabiq nazir gələcəkdə bizneslə məşğul ola və ya müdafiə sahəsində fəaliyyət göstərən analitik mərkəzlərdə işləyə bilər.
15:56 28.07.2026
Oxunuş sayı: 47