Kiyev nə etməli olduğunu bilir – Kremldən diqqətçəkən mesaj
Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyində müəyyən ikili yanaşma görür.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva Vaşinqtonun münaqişənin sülh yolu ilə həllinə yardım göstərməyə hazır olduğunu bəyan etməsini müsbət qarşılayır.
Peskov həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi potensialını zəiflətməyə davam edir. O bildirib ki, bunun nəticəsində Kiyev hakimiyyətinin terror xarakterli fəaliyyətlər həyata keçirmək imkanları azalır və Rusiya ordusu öz qarşısına qoyulan məqsədləri yaxşı anlayır.
Kremlin sözçüsü əlavə edib ki, Ukrayna nizamlanması ilə bağlı Rusiya və ABŞ nümayəndələri arasında dialoq kanalları qorunub saxlanılır.
Peskov vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı Moskvanın bütün təkliflərini artıq açıqlayıb və Kiyev bu istiqamətdə hansı addımları atmalı olduğunu yaxşı bilir.
17:06 26.07.2026
Oxunuş sayı: 70