Əhməd əş-Şaraa: Suriya Livana hərbi müdaxilə etməyi planlaşdırmır
Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əş-Şaraa ölkəsinin Livana hərbi müdaxilə etmək niyyətində olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, "Al Jazeera" bu barədə məlumat yayıb.
Əş-Şaraa bildirib ki, Suriya hökuməti Livandakı böhranın həlli üçün bu ölkənin hakimiyyəti ilə koordinasiyalı şəkildə işləyir.
Onun sözlərinə görə, məqsəd livanlıların ölkədə sülh və sabitliyə nail olmasına imkan verəcək həll yolunu tapmaqdır.
"Livandakı xaos birbaşa Suriyaya da təsir edir. Buna görə də livanlıların təhlükəsizliyə və sabitliyə qovuşmasını təmin edəcək həll yolu tapılmalıdır", – deyə o vurğulayıb.
14:30 26.07.2026
Oxunuş sayı: 75