Xəzərdə gərginlik: İran Ukraynaya sərt xəbərdarlıq etdi
İran Xarici İşlər Nazirliyi Xəzər dənizində İranın ticarət gəmisinə endirilən zərbəni qətiyyətlə pisləyib və Ukraynanı cavab tədbirləri ilə hədələyib.
Crossmedia.az xəbər verir ki, İran XİN-in bəyanatında hadisə nəticəsində gəmi heyətinin bir üzvünün həlak olduğu bildirilib.
Rəsmi Tehran Ukraynanın İranın ticarət gəmisinə zərbə endirdiyini iddia edərək bunu qəbuledilməz adlandırıb.
Bəyanatda vurğulanıb ki, İran bu hadisədən sonra cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
09:46 26.07.2026
Oxunuş sayı: 56