BMT qərargahından yayılan görüntülər gündəm oldu: Köhnə kreslolar...
BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən iclas zalından yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, internetdə Birləşmiş Millətlər Təşkilatının qərargahındakı 1 nömrəli iclas zalında istifadə olunan köhnəlmiş kresloların fotoları paylaşılıb.
Görüntülərdən sonra sosial şəbəkə istifadəçiləri kresloların vəziyyətini müzakirə edib. Bəzi istifadəçilər bu görüntüləri təşkilatın hazırkı vəziyyəti ilə əlaqələndirərək BMT-də yenilənmə və islahatlara ehtiyac olduğunu bildiriblər.
Paylaşımlar zamanı bəzi şərhçilər təşkilatın müasir çağırışlara uyğunlaşması, idarəetmə və fəaliyyət mexanizmlərinin yenidən nəzərdən keçirilməsi barədə fikirlər səsləndiriblər.
Qeyd edək ki, BMT dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri olaraq sülhün qorunması, beynəlxalq təhlükəsizlik, humanitar yardım və qlobal əməkdaşlıq istiqamətlərində fəaliyyət göstərir.
14:31 26.09.2026
Oxunuş sayı: 45