Gündə 5 saat telefona baxdıqda beynimizdə nələr baş verir?
Alimlərin apardığı araşdırmaya görə, gün ərzində 5-7 saat qısa videolara baxan insanlar daha çox narahatlıq və emosional tükənmə ilə üzləşə bilirlər.
Crossmedia.az xəbər verir ki, tədqiqat nəticələri göstərib ki, sonsuz qısa video izləmək birbaşa depressiyaya səbəb olmur. Lakin bu proses bir sıra dəyişikliklər zəncirini işə salır: əvvəlcə koqnitiv yorğunluq (“beyin çürüməsi” – brain rot) yaranır, daha sonra emosional tükənmə artır, bunun ardınca isə stress və narahatlıq səviyyəsi yüksəlir. Bu amillər isə depressiv əlamətlərin yaranma riskini artıra bilər.
Araşdırmada 439 gənc iştirak edib. Onların yarıdan çoxu sosial şəbəkələrdə gündə ən azı 5 saat vaxt keçirib, təxminən dörddə biri isə 7 saatdan çox qısa videolara baxıb.
Tədqiqat müəllifləri qeyd ediblər ki, beyin davamlı olaraq müxtəlif videolar arasında keçid etdiyi üçün məlumatları emal etməyə və öz resurslarını bərpa etməyə kifayət qədər vaxt tapmır. Xüsusilə gənclərdə bu təsirin daha güclü olduğu, mənfi məzmunla dolu lentlərin isə vəziyyəti daha da ağırlaşdırdığı vurğulanıb.
00:30 26.07.2026
Oxunuş sayı: 68