Rusiyada benzinin ixracına qoyulan qadağa ilin sonunadək uzadılacaq
Rusiyada benzinin ixracına tətbiq edilən qadağa 2026-cı ilin sonunadək qüvvədə qalacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.
Onun sözlərinə görə, dizel yanacağının ixracına qoyulan məhdudiyyət isə daxili bazarda vəziyyət sabitləşdikdən və bazar bərpa olunduqdan sonra mərhələli şəkildə ləğv ediləcək.
18:08 25.07.2026
Oxunuş sayı: 59