Çindən Rusiyaya strateji çağırış: ŞƏT daha da güclənməlidir
Çin Rusiya ilə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) inkişafına dəstək vermək və qurumun beynəlxalq nüfuzunu daha da gücləndirmək niyyətində olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Bəyanat Çin xarici işlər naziri Van İnin iyulun 24-də Qırğızıstanın Çolpon-Ata şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdən sonra səsləndirilib. Görüş ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Van İnin bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı hazırda dünyada sabitliyin qorunmasına töhfə verən mühüm qüvvəyə çevrilib və onun beynəlxalq nüfuzu davamlı şəkildə artır.
Çinli nazir vurğulayıb ki, Pekin və Moskva təşkilatın inkişafını və mövqeyinin möhkəmləndirilməsini birgə dəstəkləməlidir.
12:49 25.07.2026
Oxunuş sayı: 60