Trampdan müraciət: Üçüncü dəfə prezident seçilə biləcəm
ABŞ Prezidenti Donald Tramp Ağ Ev müxbirlərinin ənənəvi şam yeməyində çıxışı zamanı yenidən üçüncü dəfə prezident seçilə biləcəyi ilə bağlı zarafat edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Tramp çıxışında prezidentlik müddətlərinə eyham vuraraq deyib: ''Necə ki, mənim prezidentliyimdə ikinci dəfə daha yaxşı idi, üçüncü dəfə isə daha da yaxşı olacaq''.
Ardınca isə ABŞ Prezidenti bu fikrini zarafatla söylədiyini vurğulayaraq, "Sadəcə zarafat edirəm", – deyə əlavə edib.
12:41 25.07.2026
Oxunuş sayı: 55