Tokayev bu gün Rusiyaya səfər edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə bu gün Omsk şəhərinə səfər edəcək.
Crossmedia.az xəbər verir ki, Qazaxıstan Prezidentinin Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, Tokayev səfər çərçivəsində Qazaxıstan və Rusiya regionları arasında əməkdaşlığa həsr olunmuş XXII Regionlararası Əməkdaşlıq Forumunda iştirak edəcək.
09:27 25.07.2026
Oxunuş sayı: 55