ABŞ Senatı: İranla müharibəni dayandırmaq üçün yenidən səsvermə tələb edəcəyik
ABŞ Senatında demokrat azlığın lideri Çak Şumer İranla müharibəni dayandırmaq və Amerika qoşunlarını geri qaytarmaq məqsədilə hərbi səlahiyyətlərlə bağlı qətnaməni yenidən səsverməyə çıxaracaqlarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şumer bildirib ki, demokratlar "War Powers Resolution" (Hərbi Səlahiyyətlər Qətnaməsi) üzrə yenidən səsvermənin keçirilməsinə nail olmağa çalışacaqlar.
Onun sözlərinə görə, təşəbbüsün məqsədi İranla müharibəni dayandırmaq və ABŞ hərbçilərinin ölkəyə qaytarılmasını təmin etməkdir.
14:42 23.07.2026
Oxunuş sayı: 17