Ekspress avtobuslarda gecikmə - sərnişinlər arasında izdiham yarandı
Elmlər Akademiyası metrostansiyası ərazisində M1 və M6 nömrəli ekspres avtobusların hərəkətində gecikmə yaranıb.
Crossmedia.az xəbər verir ki, hazırda çoxlu sayda sərnişin avtobus gözləyir. Sərnişinlər bildirir ki, avtobusları 30 dəqiqəyə yaxın gözləyiblər. Uzun gözləmədən sonra avtobusların dayanacağa yaxınlaşması sərnişinlər arasında izdihama səbəb olub.
Gecikmənin səbəbi isə hələlik məlum deyil.
Məsələ ilə bağlı daşıycı şirkətlərə sorğu ünvanlamışıq. Şirkətin cavabını təqdim edəcəyik.
Məhəbbət Tərlanoğlu
19:21 09.09.2026
Oxunuş sayı: 66