Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Moldovaya məğlub olub
17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirində ev sahiblərinin U-18 komandası ilə qarşılaşıb.
Crossmedia.az xəbər verir ki,bu barədə AFFA-dan məlumat verilib.
Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da təşkil olunan qarşılaşma Moldovanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovanın U-17 komandasına 0:2 hesabı ilə uduzub. Komanda sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək.
18:50 09.09.2026
Oxunuş sayı: 38