Maersk Ukrayna limanındakı fəaliyyətini dayandırmağa məcbur olub
Danimarkanın ˝Maersk˝ gəmiçilik şirkəti təhlükəsizlik riskləri səbəbindən Ukraynanın Odessa vilayətində yerləşən Çornomorsk limanı ilə fəaliyyətini dayandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şirkətdən bildirilib ki, bu liman vasitəsilə xidmətlər qeyri-müəyyən müddətə dayandırılıb.
˝Maersk˝ qərarını əməliyyat fəaliyyətinə yaranan risklərlə əlaqələndirib. Şirkətin bu addımı Ukraynanın liman infrastrukturuna endirilən zərbələr fonunda atdığı qeyd olunur.
20:48 22.07.2026
Oxunuş sayı: 82