Rusiya Ukraynanın limanlarını hədəf alıb
Rusiya Müdafiə Nazirliyi bildirib ki, gün ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın limanlarına, dəniz nəqliyyatı vasitələrinə və Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan logistika mərkəzlərinə zərbələr endirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, hücumların hədəfi Ukrayna ordusunun təminatında istifadə olunan obyektlər olub.
Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
20:08 22.07.2026
Oxunuş sayı: 54