Tramp: İranın nüvə silahı olmasını istəyirsiniz?
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına malik olmasına qarşı olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“İranın nüvə silahına sahib olmasını istəyirsiniz? Sizcə, bu yaxşıdırmı?” – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, amerikalılar yanacağın bahalaşmasını istəmirlər, lakin bu, onların müharibəyə qarşı olduqları anlamına gəlmir.
Tramp qeyd edib ki, İranın nüvə imkanları ilə bağlı məsələ ABŞ üçün əsas narahatlıqlardan biri olaraq qalır.
19:24 22.07.2026
Oxunuş sayı: 49