Yaşamaq istəyənlərə şans vermək istəyirəm – vitse-premyerin qərarı gündəm olub
Qazaxıstanın vitse-premyeri Aida Balayeva ölümündən sonra orqanlarının donor kimi istifadə edilməsinə rəsmi razılıq verdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə paylaşım edib.
“Əgər bir gün yaxınlarım belə bir seçim qarşısında qalsalar, istəyərdim ki, onlar yaşamaq üçün ümidsiz mübarizə aparan insanlara şans verməyin nə qədər vacib olduğunu başa düşsünlər. Məsuliyyətlə bəyan edirəm ki, ölümündən sonra orqan donorluğuna razılıq verirəm”, – deyə Balayeva bildirib.
Onun sözlərinə görə, bu qərar ehtiyacı olan insanların həyatını xilas etməyə kömək etmək məqsədi daşıyır.
19:16 22.07.2026
Oxunuş sayı: 49