Ermənistanda Narək Karapetyanın deputat toxunulmazlığı ləğv edilib
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) müxalifətdə olan “Güclü Ermənistan” Partiyasının liderlərindən biri Narək Karapetyanın deputat toxunulmazlığını ləğv edib.
Crossmedia.az xəbər verir ki, "Armenpress" bu barədə Ermənistan Baş Prokurorluğunun müşaviri Lusine Martirosyanın açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, Ermənistan Baş Prokurorluğu Narək Karapetyana qarşı cinayət təqibinin başlanılması və onun azadlıqdan məhrum edilməsi ilə bağlı vəsatəti bir gün əvvəl MSK-ya təqdim edib.
Narək Karapetyan “Taşir” şirkətlər qrupunun rəhbəri və “Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyanın qardaşı oğludur. Samvel Karapetyan hazırda ev dustaqlığında saxlanılır.
Qeyd edək ki, Narək Karapetyan deputat mandatını iyulun 21-də əldə etmişdi.
17:46 22.07.2026
Oxunuş sayı: 55