İspaniyada meşə yanğını 32 min hektardan çox ərazini məhv edib
İspaniyanın Qvadalaxara vilayətində baş verən iri meşə yanğını artıq 32 min hektardan çox ərazini əhatə edib.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə məlumat yayıb.
Məlumata görə, yanğın səbəbindən 1 200-dən çox sakin təhlükəsizlik məqsədilə təxliyə olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində genişmiqyaslı əməliyyatlar davam etdirilir. Alovun yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün əlavə qüvvə və texnika cəlb olunub. Yanğının başvermə səbəbi araşdırılır.
15:49 22.07.2026
Oxunuş sayı: 46