Türkiyə Somalidəki hərbi missiyasını daha iki il uzadıb
Türkiyə parlamenti Somalidə həyata keçirilən hərbi missiyanın müddətinin daha iki il uzadılmasını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TRT Afrika" məlumat yayıb.
Qərara əsasən, Türkiyə Silahlı Qüvvələri Somalidə terrorizmə qarşı mübarizə, hərbi hazırlıq, məsləhət və təhlükəsizlik sahəsində dəstəyi davam etdirəcək.
Bildirilir ki, yeni mandat Somali təhlükəsizlik qüvvələrinin gücləndirilməsi, "Əş-Şəbab" qruplaşmasına qarşı əməliyyatlara dəstək, eləcə də dəniz quldurluğu, qanunsuz balıqçılıq, silah qaçaqmalçılığı və digər təhlükələrə qarşı fəaliyyətin davam etdirilməsini nəzərdə tutur.
Türkiyə 2017-ci ildən etibarən Moqadişuda yerləşən TURKSOM hərbi təlim bazası vasitəsilə minlərlə Somali hərbçisinin hazırlanmasına dəstək verir.
12:21 22.07.2026
Oxunuş sayı: 60