Paşinyan: Ermənistan şüşəyə çırpılan quşa bənzəyir
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsini şüşəyə çırpılan quşa bənzədib.
Crossmedia.az xəbər verir ki, baş nazirin sözlərinə görə, tarixin gedişatını dəyişmək üçün əvvəlki düşüncə tərzindən imtina edilməli və tamamilə fərqli yol seçilməlidir.
Paşinyan bildirib ki, köhnə yanaşmalarla eyni nəticələri gözləmək mümkün deyil və ölkənin inkişafı üçün yeni məntiqə əsaslanan qərarlar qəbul olunmalıdır.
11:08 22.07.2026
Oxunuş sayı: 54