ABŞ-də oxumaq istəyənlərə xəbərdarlıq: qaydalar sərtləşdirildi
ABŞ xarici jurnalistlər və tələbələr üçün viza rejimini sərtləşdirərək ölkədə qalma müddətinə məhdudiyyətlər tətbiq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni qaydalara əsasən, xarici jurnalistlər ABŞ-yə peşə fəaliyyəti üçün maksimum 240 gün müddətinə daxil ola biləcəklər. Zərurət yarandığı halda bu müddətin uzadılması mümkün olacaq. Çin vətəndaşları üçün isə qalma müddətinin 90 günlə məhdudlaşdırılması təklif edilir.
Tələbələr və mübadilə proqramı iştirakçıları ölkədə təhsil müddəti və ya proqramın davam etdiyi vaxt ərzində qala biləcəklər. Lakin bu müddət 4 ildən artıq olmayacaq.
19:03 16.07.2026
Oxunuş sayı: 54