İran Hörmüz boğazındakı hücumları səhv adlandıraraq danışıqlara hazır olduğunu bildirib
İran rəsmiləri qapalı təmaslar zamanı ABŞ Prezidenti Donald Trampın administrasiyasına Hörmüz boğazında kommersiya gəmilərinə hücumların səhv olduğunu etiraf edib və danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər.
Crossmedia.az xəbər verir ki, "CBS News" bu barədə yüksəkvəzifəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran hücumların danışıq prosesini pozmağa çalışan və "nəzarətdən çıxmış" sərt xətt tərəfdarlarının fəaliyyəti nəticəsində baş verdiyini bildirib.
ABŞ rəsmilərinin sözlərinə görə, İran tərəfi qapalı danışıqlarda hadisəyə görə təəssüf ifadə edib və diplomatik təmasların davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Bununla yanaşı, Ağ Ev hesab edir ki, İran bu mövqeyini ictimai şəkildə də bəyan etməlidir. Donald Tramp administrasiyası kommersiya gəmilərinə hücumları atəşkəs rejiminin pozulması kimi qiymətləndirir.
11:31 11.07.2026
Oxunuş sayı: 49