Əraqçi: ABŞ-nin İrana qarşı yeni sanksiyaları İslamabad memorandumunun pozulmasıdır
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Maliyyə Nazirliyinin İrana bağlı olduğu iddia edilən fiziki və hüquqi şəxslərə qarşı tətbiq etdiyi yeni sanksiyaları İslamabad Anlaşma Memorandumunun pozulması kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, "IRNA" bu barədə məlumat yayıb.
Abbas Əraqçi bildirib ki, ABŞ Maliyyə Nazirliyinin addımı memorandumun 9-cu bəndinə ziddir.
"ABŞ-nin maliyyə nazirindən fərqli olaraq, İslamabad Anlaşma Memorandumunun 9-cu bəndini pozan tərəf biz deyilik. İran bu günədək üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb", – deyə nazir qeyd edib.
İran XİN başçısı vurğulayıb ki, sözügedən sənəd üzrə öhdəliklər hər iki tərəf tərəfindən yerinə yetirilməlidir.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi daha əvvəl İrana bağlı olduğu iddia edilən bir sıra şəxslərə və şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.
11:42 11.07.2026
Oxunuş sayı: 61