İspaniya 16 ildən sonra Dünya Çempionatının yarımfinalına yüksəldi
İspaniya millisi Dünya Çempionatının 1/4 finalında Belçikanı 2:1 hesabı ilə məğlub edərək 16 ildən sonra ilk dəfə turnirin yarımfinalına vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Gərgin keçən qarşılaşmada İspaniyanın qollarını Fabian Ruis və Mikel Merino, Belçikanın yeganə qolunu isə Şarl de Ketelare vurub. Qələbə qolu oyunun 88-ci dəqiqəsində Mikel Merinonun hesabına yazılıb.
Bu nəticə ilə İspaniya millisi 2010-cu ildə çempion olduqdan sonra ilk dəfə Dünya Çempionatının yarımfinalına yüksəlib.
Yarımfinalda İspaniyanın rəqibi Fransa millisi olacaq.
10:54 11.07.2026
Oxunuş sayı: 70