Finlandiya Prezidenti: Ukrayna artıq müharibədə qalib gəlib
Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanın Rusiya ilə müharibədə artıq qalib gəldiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, "Yle" bu barədə məlumat yayıb.
Aleksandr Stubb bildirib ki, Ukrayna öz müstəqilliyini, suverenliyini və dövlətçiliyini qorumaqla əsas məqsədinə nail olub.
Finlandiya Prezidenti vurğulayıb ki, bu baxımdan Ukrayna artıq müharibədə qalib sayılır. O, bununla yanaşı, ölkəyə dəstəyin davam etdirilməsinin vacibliyini də qeyd edib.
10:46 11.07.2026
Oxunuş sayı: 63