Şimali Kipr Prezidenti xəstəxanaya yerləşdirilib
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman səhhətində yaranan problem səbəbindən xəstəxanaya aparılıb.
Crossmedia.az xəbər verir ki, Prezidentin Ofisi bu barədə məlumat yayıb.
Bildirilib ki, Lefkoşa şəhərində keçirilən tədbir zamanı Tufan Erhürmanın halı qəfil pisləşib. Buna səbəb arterial təzyiqin kəskin enməsi olub.
Məlumata görə, Prezidentə dərhal tibbi yardım göstərilib və o, müayinədən keçmək üçün xəstəxanaya yerləşdirilib. Səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.
10:39 11.07.2026
Oxunuş sayı: 74