Ukrayna: 72 saatda Rusiyanın 21 gəmisi vurulub
Ukrayna tərəfi ötən gecə Azov dənizində Rusiyanın "kölgə donanması"na aid daha 9 tankerin məhv edildiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb.
Məlumata görə, son 72 saat ərzində ümumilikdə 21 gəmi zərərsizləşdirilib.
Bildirilib ki, məhv edilən gəmilər arasında 19 tanker, Kerçdə 1 quru yük gəmisi və 1 bərə də var.
Rusiya tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
17:36 08.07.2026
Oxunuş sayı: 47