Kiyevdən sərt mesaj: Artıq heç kimdən icazə almayacağıq
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Kiyev Rusiya ərazisindəki qanuni hərbi hədəflərə uzaqmənzilli zərbələr endirmək üçün artıq üçüncü tərəflərin icazəsinə ehtiyac duymur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sibiqanın sözlərinə görə, Ukrayna öz silahlarından istifadə etməklə asimmetrik əməliyyatları davam etdirəcək.
“Bu, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təmin edilən özünümüdafiə hüququmuzdur”, – deyə nazir qeyd edib.
Sibiqa vurğulayıb ki, Ukrayna hərbi əməliyyatlar çərçivəsində öz təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atmaq hüququna malikdir.
20:46 07.07.2026
Oxunuş sayı: 44