Hüquq-mühafizə orqanının keçmiş əməkdaşının evində işgəncə otağı tapıldı
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin fəaliyyətdə olan əməkdaşı Ukrayna vətəndaşı Anastasiya Berezovskayanın qətlini etiraf edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti, Milli Polis və Baş Prokurorluq Ofisi məlumat yayıb.
İstintaqın məlumatına görə, cinayət keçmiş hüquq-mühafizə orqanı əməkdaşı ilə birlikdə törədilib. Aparılan istintaq tədbirləri zamanı Berezovskayanın baş nahiyəsindən güllələnmiş meyiti aşkarlanıb.
Araşdırma zamanı müəyyən edilib ki, hər iki şübhəli əvvəllər Berezovskayanın bank və kriptovalyuta hesablarına pul köçürüb.
Bundan əlavə, onların Monakoda ukraynalı iş adamı Vadim Yermolayevə qarşı həyata keçirilmiş sui-qəsddə mümkün iştirakı da yoxlanılır.
Keçmiş hüquq-mühafizə orqanı əməkdaşının evində aparılan axtarış zamanı zirzəmidə istintaqın versiyasına görə işgəncə otağı kimi istifadə olunan xüsusi təchiz edilmiş məkan da aşkar edilib.
19:08 07.07.2026
Oxunuş sayı: 53