900 milyard dollarlıq plan Almaniyanı iki yerə böldü
Almaniyada seçicilərin təxminən 35–40 faizi ölkənin genişmiqyaslı silahlanmasına və müdafiə xərclərinin kəskin artırılmasına qarşı çıxan siyasi partiyaları dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Al Jazeera˝ telekanalının istinad etdiyi sorğuların nəticələrində bildirilib.
Məlumata görə, alman cəmiyyətinin əhəmiyyətli hissəsi kansler Fridrix Mertsin rəhbərlik etdiyi hökumətin iri həcmli borclanma hesabına hərbi xərcləri artırmaq və Almaniyanı Avropanın ən böyük ənənəvi silahlı qüvvələrinə malik ölkəsinə çevirmək planlarına skeptik yanaşır.
Qeyd olunur ki, Berlin 2030-cu ilədək müdafiə sahəsinə təxminən 900 milyard dollar vəsait ayırmağı nəzərdən keçirir.
Fridrix Merts isə bildirib ki, NATO-nun Avropa komponentinin gücləndirilməsi bütövlükdə Alyansı möhkəmləndirəcək, eyni zamanda ABŞ Prezidenti Donald Trampa Avropanın öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət götürdüyünü və Vaşinqtonun müdafiə xərclərinin artırılması ilə bağlı tələblərini yerinə yetirdiyini göstərəcək.
19:00 07.07.2026
Oxunuş sayı: 56