Qazaxıstan Konstitusiya Məhkəməsindən Tokayevə icazə: yenidən prezidentliyə namizəd ola biləcək
Qazaxıstan Konstitusiya Məhkəməsi ölkə Prezidenti Kasım-Jomart Tokayevin yenidən prezident seçkilərində namizədliyini irəli sürə biləcəyinə qərar verib.
Crossmedia.az xəbər verir ki, məhkəmənin qərarında yeni Konstitusiyaya əsasən prezidentin yalnız bir dəfə seçilə biləcəyi qeyd olunub.
Bununla yanaşı, qərarda vurğulanır ki, bu məhdudiyyət 1995-ci il Konstitusiyası əsasında dövlət başçısı olmuş şəxslərə şamil edilmir. Bu səbəbdən onların yeni Konstitusiya qüvvəyə mindikdən sonra prezident seçilməsi ilk prezidentlik müddəti hesab olunur.
Beləliklə, Konstitusiya Məhkəməsinin qərarı Tokayevin növbəti prezident seçkilərində iştirak etməsinə hüquqi imkan yaradır.
17:47 07.07.2026
Oxunuş sayı: 51