Kiyev yaxınlığında iş adamına qarşı sui-qəsddə şübhəli bilinən qadının meyiti tapılıb
Kiyev yaxınlığında Monakoda ukraynalı iş adamı Konstantin Yermolayevə qarşı törədilən partlayışda əsas şübhəli hesab olunan qadının meyiti tapılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Məlumata görə, qadın güllələndikdən sonra basdırılıb.
Bildirilir ki, hadisə ilə bağlı artıq iki nəfər saxlanılıb. Onlardan biri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin fəaliyyətdə olan zabiti, digəri isə hüquq-mühafizə orqanlarının sabiq əməkdaşıdır.
Hadisənin bütün təfərrüatları araşdırılır. Rəsmi qurumlar hələlik məsələ ilə bağlı geniş açıqlama verməyiblər.
17:44 07.07.2026
Oxunuş sayı: 44