Niderland Ukraynaya silah tədarükü imkanlarının tükəndiyini açıqlayıb
Niderland Ukraynaya əlavə silah tədarükü üçün imkanlarının qalmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zegerius deyib.
Nazirin sözlərinə görə, ölkəsi Ukraynaya indiyədək mümkün olan maksimum hərbi dəstəyi göstərib.
"Biz, Niderland olaraq, artıq əlavə imkanlara malik deyilik. Çünki indiyədək çox böyük həcmdə yardım etmişik", – deyə o bildirib.
"Patriot" hava hücumundan müdafiə sistemləri üçün yeni raketlərin ayrılması ilə bağlı suala cavab verən nazir qeyd edib ki, Niderland bu sahədə də imkanlarının son həddinə çatıb.
Məlumata görə, Niderland indiyədək Ukraynaya 9,1 milyard avro həcmində hərbi yardım göstərib və gələcəkdə bu məqsədlə daha 11,6 milyard avro ayırmağı planlaşdırır.
14:50 07.07.2026
Oxunuş sayı: 49