Rusiya MN: Ukraynanın iki “Neptun” raketi və 797 PUA-sı məhv edilib
Rusiya Silahlı Qüvvələri son sutka ərzində Ukraynada liman infrastrukturu, energetika obyektləri və Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi logistika mərkəzlərinə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin növbəti brifinqində bildirilib.
Məlumata görə, Rusiya hava hücumundan müdafiə vasitələri son 24 saat ərzində Ukraynaya məxsus iki ədəd uzaqmənzilli "Neptun" raketini və 797 təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Nazirlik əməliyyatların davam etdiyini qeyd edib. Ukrayna tərəfi isə hələlik bu məlumatlara münasibət bildirməyib.
14:15 07.07.2026
Oxunuş sayı: 54