İran Hörmüz boğazı yaxınlığında iki kommersiya gəmisinə raket zərbəsi endirib - KİV
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazı yaxınlığında iki kommersiya gəmisinə raket zərbəsi endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə The Wall Street Journal və Axios ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, insident İranın üç həftə əvvəl dənizdə hücumların dayandırılması ilə bağlı imzaladığı memorandumun gələcəyini sual altına qoyur.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) də Oman sahilləri yaxınlığında tankerin hücuma məruz qalması barədə məlumat yayıb.
The Wall Street Journal yazır ki, hücuma məruz qalan gəmilərdən birinin Qətərin Nakilat şirkətinə məxsus Al Rekayyat tankeri olduğu ehtimal edilir. Bildirilir ki, gəmi iyunun 18-dən etibarən GPS siqnalları ötürməyib.
Axios isə ABŞ rəsmisinə istinadən xəbər verir ki, hücuma məruz qalan hər iki gəmi zədələnsə də, ciddi dağıntılar qeydə alınmayıb.
İranın dövlət televiziyası IRIB anonim mənbələrə istinadən bildirib ki, neft tankeri ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Oman marşrutu vasitəsilə hərəkət etməyə cəhd göstərdiyi və dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün hədəfə alınıb.
10:31 07.07.2026
Oxunuş sayı: 49