2026 FIFA Dünya Çempionatında avtoqollar üzrə rekord yeniləndi
Futbol üzrə 2026-cı il Dünya Çempionatında yeni rekord qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Turnirdə artıq 13 avtoqol vurulub ki, bu da mundiallar tarixində ən yüksək göstəricidir.
Əvvəlki rekord 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatında qeydə alınmışdı. Həmin turnirdə futbolçular 12 dəfə topu öz qapılarına göndərmişdilər.
00:12 05.07.2026
Oxunuş sayı: 51