Xameneinin dəfn mərasiminə hansı dünya liderləri qatılacaq?
İranın keçmiş ali dini lideri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək ölkələrin nümayəndə heyətləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Rusiya, Çin, Hindistan və Pakistan mərasimdə iştirakını artıq təsdiqləyib.
Dəfn mərasimində Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edir. Rusiyanı isə Prezident Vladimir Putinin xüsusi nümayəndəsi Dmitri Medvedev təmsil edir.
Azərbaycandan mərasimə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qatılacaqlar.
Bildirilib ki, matəm mərasimləri iyulun 9-da Xameneinin doğulduğu şəhər və İranın əsas dini mərkəzlərindən biri olan Məşhəddə başa çatacaq.
İran hakimiyyəti həmçinin mərasimə 90-dan çox ölkədən dini liderlərin də qatılacağını açıqlayıb.
14:23 03.07.2026
Oxunuş sayı: 57