Almaniya Rusiyaya təzyiqləri artıracağını bəyan etdi
Almaniya Rusiyanın Ukraynaya endirdiyi son zərbələri tənqid edərək Moskvaya qarşı təzyiqlərin daha da gücləndiriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb.
Bəyanatda Rusiya növbəti dəfə danışıqlara hazır olmamaqda ittiham edilib. Berlin bu səbəbdən müttəfiqləri ilə birlikdə Moskvaya qarşı təzyiqi daha da artıracağını bildirib.
Almaniya Xarici İşlər Nazirliyi həmçinin Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayıb. Qeyd olunub ki, bu məsələ gələn həftə Ankarada keçiriləcək NATO sammitinin əsas mövzularından biri olacaq.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi iyulun 2-də Ukraynanın Kiyev şəhəri və Kiyev vilayətində müdafiə-sənaye kompleksi müəssisələrinə, eləcə də yanacaq-enerji infrastrukturu obyektlərinə kütləvi zərbələr endirildiyini açıqlamışdı.
16:00 02.07.2026
Oxunuş sayı: 47