Yaşar Gülər açıqladı: Türkiyə hava müdafiəsini gücləndirmək üçün yeni sistemlər alacaq
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəsinin SAMP/T və Patriot hava hücumundan müdafiə sistemlərini satın almağı planlaşdırdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Ankara ölkənin hava hücumundan müdafiə imkanlarını daha da gücləndirməyi hədəfləyir. Bu məqsədlə həm Avropa istehsalı olan SAMP/T, həm də ABŞ istehsalı Patriot sistemlərinin alınması nəzərdən keçirilir.
19:40 30.06.2026
Oxunuş sayı: 47