Zelenski: Müharibəni bitirmək üçün bütün təklifləri irəli sürmüşük
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibəni dayandırmaq üçün irəli sürülən bütün təklifləri rədd etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Zelenski bildirib ki, Ukrayna müharibənin başa çatması üçün bütün mümkün təklifləri irəli sürüb, lakin Rusiya hər dəfə onları qəbul etməyib.
O bildirib ki, Moskva dünən də müharibəni davam etdirmək niyyətini açıq şəkildə nümayiş etdirib.
Zelenskinin sözlərinə görə, əgər Rusiya Prezidenti Vladimir Putin daha bir milyon hərbçini cəbhəyə göndərməyi planlaşdırırsa, hələ hərbi xidmətə çağırılmayan Rusiya vətəndaşları onları nələrin gözlədiyini ciddi şəkildə düşünməlidirlər.
10:30 30.06.2026
Oxunuş sayı: 46