Çində güclü zəlzələ: Yüzlərlə sakin təxliyə edildi
Çinin Sıçuan əyalətində baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində azı 13 nəfər xəsarət alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakətdən sonra təhlükəsizlik tədbirləri çərçivəsində 196 nəfər təxliyə edilərək müvəqqəti yerləşdirmə məntəqələrinə köçürülüb.
Hazırda bölgədə axtarış-xilasetmə və zərərin qiymətləndirilməsi işləri davam etdirilir. Yerli hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu bildirir.
09:21 29.06.2026
Oxunuş sayı: 57