Ukrayna PUA-ları Krasnodar diyarına hücum edib: ölən və yaralanan var
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, zərbələrin əsas hədəflərindən biri Slavyansk-na-Kubani şəhərində yerləşən neft emalı zavodu olub. İlkin məlumata əsasən, hücum nəticəsində yanacaq rezervuarlarında yanğın baş verib.
Gecə saatlarında baş verən hücum zamanı bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Bundan əlavə, PUA qalıqları yaşayış evlərinə ziyan vurub. Hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib, elektrik ötürücü xətlər və qaz kəməri də zədələnib.
16:45 28.06.2026
Oxunuş sayı: 59