Tramp Boltonu sərt sözlərlə hədəf aldı
ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton barəsində sərt açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşdığı mesajda Boltonu “çox axmaq, qeyri-sabit və səriştəsiz” adlandıraraq, onun yalnız münaqişə və müharibələr yaratmağa çalışdığını iddia edib. ABŞ Prezidenti həmçinin Boltonun qanun qarşısında ciddi şəkildə cəzalandırılacağına ümid etdiyini bildirib.
Bu açıqlama Con Boltonun məhkəmədə dövlət sirri təşkil edən məlumatlarla düzgün davranmamaq ittihamı üzrə özünü təqsirli bilməsindən sonra səsləndirilib. İşlə bağlı məhkəmə prosesinin davam etdiyi bildirilir.
15:45 27.06.2026
Oxunuş sayı: 56