Polşa rəhbərliyində Zelenski qalmaqalı böyüyür
Polşanın xarici işlər naziri Radoslav Sikorski Prezident Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı qərarını kəskin tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Sikorski Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi qərarını “qeyri-adekvat” adlandıraraq, bunun Ukrayna liderini alçaltdığını bildirib.
Nazirin sözlərinə görə, əgər Prezident Navrotski onun fikrini soruşsaydı, fərqli addım atmağı tövsiyə edərdi. O, alternativ olaraq Yasenkadakı hava limanına UPA qurbanlarının adının verilməsinin daha balanslı qərar ola biləcəyini qeyd edib.
15:25 27.06.2026
Oxunuş sayı: 49