İran: Tramp nə danışıqlara, nə də atəşkəsə sadiqdir
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampı atəşkəs rejimini pozmaqda ittiham edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Əzizinin sözlərinə görə, ABŞ İranla danışıqların ən qızğın vaxtında yenidən hücum həyata keçirib. O bildirib ki, Tramp nə danışıqlar prinsiplərinə, nə də atəşkəs rejiminə sadiqlik nümayiş etdirib.
İranlı deputat əlavə edib ki, ABŞ-nin bu addımı düşünülməmiş atəşkəs pozuntusu olub və bunun Vaşinqton üçün geri çəkilmə və peşmanlıqla nəticələnəcəyini iddia edib. O, həmçinin məsuliyyəti qarşı tərəfin üzərinə atmaq cəhdlərinin artıq nəticə vermədiyini vurğulayıb.
12:08 27.06.2026
Oxunuş sayı: 61