Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, İran Hörmüz boğazında hərəkət edən gəmilərə qarşı ən azı dörd zərbə dronu buraxıb. O bildirib ki, pilotsuz uçuş aparatlarından biri böyük yük gəmisinin göyərtəsinə dəyərək ona ziyan vurub, lakin gəmi hərəkətini davam etdirib. Digər üç dron isə məhv edilib.
ABŞ lideri “Truth Social” platformasında paylaşdığı açıqlamada baş verənləri atəşkəs sazişinin açıq və mənasız şəkildə pozulması kimi qiymətləndirib.
Trampın bəyanatı İran və ABŞ arasında gərginliyin yenidən artması ilə bağlı müzakirələri gücləndirib.
00:27 27.06.2026
Oxunuş sayı: 44